Abşeron rayonunun Saray qəsəbəsində avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar görüntülər sosial mediada yayılıb.
Sözügedən görüntünü təqdim edirik:
Fövqaladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində vətəndaşa məxsus məxsus “Toyota” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının bilavasitə yaxınlıqda yerləşən obyektə və kommunikasiya xətlərinə keçməsinin qarşısı alınıb”.