ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yeni hökumətində milyarder investor Stiven Feynberqi müdafiə nazirinin müavini vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Trampın 2017-2021-ci illərdə prezidentliyi dövründə kəşfiyyat üzrə məsləhət şurasında xidmət göstərmiş Stiven Feynberq müdafiə sahəsinə sərmayə qoyan özəl investisiya şirkəti “Cerberus Capital Management LP”nin baş direktoru (CEO-su) vəzifəsində çalışır.