Türkiyənin Balıkəsir bölgəsində partlayıcı maddə istehsal edən fabrikdə güclü partlayış baş verib.
Oxu.Az bu barədə “Haber Global”a istinadən xəbər verib.
Hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.