12 il əvvəl və bu gün: Qazaxıstanda eyni tarixdə iki təyyarə qəzası

Aktau yaxınlığında baş verən “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsinin qəzası son 15 ildə Qazaxıstanda baş verən dördüncü belə hadisədir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Militarist” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, bu qəzaların hamısı dekabr və yanvar aylarında baş verib (biri – düz 12 il əvvəl eyni gündə).

25 dekabr 2012-ci ildə Şımkent yaxınlığında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin “An-72” təyyarəsi qəzaya uğrayıb, o zaman göyərtədə olan 27 nəfərin hamısı həlak olub.

Bir ay sonra, 29 yanvar 2013-cü ildə Kokşetaudan uçan SCAT aviaşirkətinin təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. O zaman 21 nəfər həlak olub.

27 dekabr 2019-cu ildə Astanaya uçan “Bek Air” aviaşirkətinin “Fokker 100” təyyarəsi Almatıda qəzaya uğrayıb, 13 nəfər həlak olub.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Təyyarədə beş ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, 32 nəfər sağdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More