Astana sakinləri Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) “Embraer 190” təyyarəsinin qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirirlər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Bildirilir ki, Qazaxıstan paytaxtının sakinləri həlak olanların yaxınlarına dəstəklərini də ifadə ediblər.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.