Aviaqəzada xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaqlar

Qazaxıstanda təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşları İl-76 təyyarəsi ilə Moskvaya aparılacaqlar.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bununla bağlı qərar Rusiya Prezidenti Vladimir Putinin göstərişi və fövqəladə hallar naziri Aleksandr Kurenkovun tapşırığı əsasında qəbul edilib.

“Rusiya FHN-in xüsusi təyyarəsi Moskvadan Aktauya uçub və Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Rusiya vətəndaşlarının tibbi təxliyəsini həyata keçirəcək”, – məlumatda qeyd olunub.

Nazirliyin məlumatına görə, xəsarət alanları Rusiya FHN-in “Tsentrospas” dəstəsinin həkimləri, Rusiya FHN-in Təcili Psixoloji Yardım Mərkəzinin psixoloqları və Rusiya Səhiyyə Nazirliyinin mütəxəssislər qrupu müşayiət edəcək.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More