Bakı və Sumqayıtda vətəndaşlara qarşı 41 min manatdan çox dələduzluq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, polis əməkdaşları Bakı şəhər sakini olan bir nəfərin 24 min manatını, digər şəxsin isə 12 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı A.Qasımov, 48 yaşlı R.Əliyev və 50 yaşlı E.Vəliyevi müəyyən edərək saxlayıblar.
Sumqayıt şəhərində isə bir nəfərin 5 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı N.Abdullayeva və 26 yaşlı S.Abdullayev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.