Bakıda evdə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.