“İranda prezident ali liderdən sonra hakimiyyətdə olan ikinci şəxs deyil”.
Oxu.Az “Azad İran”a istinadən xəbər verir ki, bunu siyasi fəlsəfə professoru Hatəm Qaderi “Rah-o-Chah” kanalında keçmiş siyasi məhbus Mehdi Mahmudianla müsahibəsində deyib.
“İranda prezidentlik o deməkdir ki, biz yalnız Xameneinin tabeliyində olan şəxslərdən və xidmətçilərindən birini seçməliyik. İnanmıram ki, bizim onların hər hansı birini seçmək hüququmuz var”, – deyə Qaderi bildirib.