Maqnit qasırğası gözlənilir: Neçə gün davam edəcək?

Dekabrın 25-də və ertəsi gün Yerdə maqnit qasırğaları olacaq.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu proqnoz verib.

Məlumata görə, maqnit qasırğalarının G1 (kiçik qasırğa) səviyyəsinə çatacağı gözlənilir.

Bildirilir ki, qasırğa dekabrın 25-i axşam və 26-sı gündüz saatlarında baş verəcək.

“Tac kütləsinin atılmasından sonrakı mümkün təsirlər və tac dəliyindən mümkün axın səbəbindən G1 sinifli zəif maqnit qasırğası dekabrın 26-sı günorta saatlarından sonra da gözlənilir”, – deyə FOBOS mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More