Okan Buruk ulduz futbolçu ilə danışıqlar üçün İtaliyaya yollanıb

Türkiyə Superliqasının təmsilçilərindən “Qalatasaray” futbol klubunun baş məşqçisi Okan Buruk Paulo Dibala ilə danışıqlar üçün İtaliyaya yollanıb.

Oxu.Az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, klub yalnız Dibalanı deyil, PSJ-nin müdafiəçisi Milan Şkrinyarı da transfer etmək niyyətindədir.

Bu məqsədlə “Qalatasaray”ın baş məşqçisi Okan Buruk klub rəhbərliyi ilə birlikdə İtaliyaya səfər edib.

Xatırladaq ki, Paulo Dibala “Qalatasaray”ın daha öncəki təklifini bəyənmədiyi üçün Türkiyə klubuna keçidi qəbul etməmişdi.

Qeyd edək ki, Paulo Dibalanın “Roma” ilə mövcud müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Təcrübəli futbolçu daha əvvəl “İnstituto”, “Palermo” və “Yuventus” klublarının şərəfini qoruyub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More