Pakistanın Əfqanıstana endirdiyi hava hücumları zamanı 46 nəfər həyatını itirib.
Oxu.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyindən məlumat verilib.
Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahidin verdiyi açıqlaya görə, Pakistan ötən gün Əfqanıstanın şərqindəki Paktika əyalətinin Barmal bölgəsində 4 istiqamətdə hava hücumu təşkil edib.
“Ölənlərin ümumi sayı 46-dır. Onların əksəriyyəti uşaq və qadındır”, – deyə o bildirib.
Həmçinin Əfqanıstan Müdafiə Nazirliyi hücumu pisləyib və buna görə qisas alınacağını deyib.
“Bu hərəkət açıq-aydın təcavüzdür və bütün beynəlxalq prinsiplərə ziddir. Pakistan tərəfi bilməlidir ki, bu cür özbaşına hərəkətlər problemlərin həlli deyil. Bu qorxaq hərəkəti cavabsız qoymayacağıq”, – deyə nazirlikdən qeyd edilib.