Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənlər DANIŞDI

Qazaxıstanda Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsində sağ qalan sərnişinlər faciənin dəhşətli təfərrüatını bölüşüblər. Onların sözlərinə görə, göyərtədə partlayış olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Gazeta.ru xəbər yayıb.

Şahidlərdən birinin sözlərinə görə, mühərrikə quş düşüb, bundan sonra göyərtədə oksigen balonunun partlaması baş verib. Bunun nəticəsində insanlar huşlarını itiriblər.

Yeri gəlmişkən, Manqistau vilayətinin səhiyyə departamenti də təyyarənin göyərtəsində balonun partladığını bəyan edib. Təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More