Sumqayıtda 17 yaşlı oğlan dəm qazından boğularaq ölüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü İslam Vahid oğlu Qurbanov hamamda dəm qazından boğulub.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.