Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Faciə nəticəsində həyatını itirənlərdən biri Anqubazova Məleykə Murtuzəli qızıdır. O, Balakən rayonunun Meşəşambul kəndindəndir.

Oxu.Az xəbər verir ki, onun əmisi oğlunun Modern.az-a verdiyi məlumata görə, mərhumun bir qız, bir oğlan övladı olub.

“Məleykə təyyarə ilə Qroznı şəhərində yaşayan qızının yanına gedirmiş. Qızı xəstə olduğu üçün onu ziyarət etmək istəyib”, – açıqlamada bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi barədə tapşırıq verib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More