Təyyarə qəzasında sağ qalan şəxs: “Qəza zamanı salonda heç bir çaxnaşma olmayıb “

Aktauda qəzaya uğrayan təyyarədə sağ qalanlardan biri Zaur Məmmədov yaşadıqlarını anladıb.

Oxu.Az “RT Russian”a istinadən xəbər verir ki, o, atasının dəfnindən qayıdıb və təyyarənin arxa tərəfində oturub.

Uçuş zamanı Zaur iki kiçik partlayış səsi eşidib.

Onun sözlərinə görə, qəza zamanı salonda heç bir çaxnaşma olmayıb.

“Bir çox sərnişin dağıntılar altında qalıb, imkanı olanlar da kömək etməyə çalışırdılar”, – deyə o bildirib.

Zaur zərərçəkənlərin xilas edilməsində iştirak edib və Qazaxıstan fövqəladə hallar xidmətlərinin səmərəliliyini qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More