“Oğlum Qroznıya, dostlarının yanına gedirdi. Bu gün səhər 8 radələrində zəng edərək təyyarənin 9-a işləmiş qalxacağını və çatanda xəbər edəcəyini dedi”.
Oxu.Az xəbər verir ki, bunu təyyarə qəzası nəticəsində xəsarət alan Şəmkir rayon sakini Samir Alıyevin anası Güllü Alıyeva APA-ya açıqlamasında deyib.
“Saat 12-nin yarısınadək gözlədim, bir xəbər olmadı. 12-nin yarısı zəng edərək iş yerində olduğunu dedi. Daha sonra qohumlardan öyrəndim ki, təyyarə qəzaya düşüb”, – deyə G.Alıyeva bildirib.
Onun sözlərinə görə, daha sonra oğlu özü onunla əlaqə saxlayıb:
“Səs ataraq dedi ki, Allaha şükür, sağam, xəstəxanadayam, yaralanmışam, keçəcək. Yanında olanlardan narahat idi. Bundan sonra əlaqə kəsildi”.