Trampın komandasında Rusiyanın dialoq qura biləcəyi üç “ağıllı adam” kimdir?

“Rusiya hakimiyyəti üçün ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının nümayəndələrindən hər hansı biri ilə konstruktiv dialoq qurmaq son dərəcə çətin olacaq”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri keçmiş ABŞ-li diplomat Cim Catras “RIA Novosti”yə müsahibəsində deyib.

Cim Catras hesab edir ki, ABŞ-nin yeni hökumətində elə də çox “ağıllı insan” olmayacaq.

“Bu da Rusiya ilə ABŞ arasında münasibətlərin qurulması imkanlarını çətinləşdirəcək”, – deyə o bildirib.

Diplomatın sözlərinə görə, dövlətlər arasında əməkdaşlıqla bağlı hər hansı irəliləyiş gözlənilmir.

“Onlar (Rusiya rəsmiləri) özlərini elə aparırlar ki, sanki Trampın administrasiyasında dialoq apara biləcəkləri ağıllı birinin olacağına ümid edirlər”, – deyə keçmiş diplomat qeyd edib.

Cim Catras, həmçinin işgüzar əlaqələrin qurula biləcəyi üç nəfərin adını çəkib ki, bunlar Tulsi Qabbard, kiçik Robert Kennedi və Cey Di Vensdir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More