Xarici ölkələr və ölkəmizdəki səfirliklər Azərbaycana başsağlığı veriblər

Türkiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin “X” hesabında dərc edilib.

Digər başsağlığı İsrailin Azərbaycandakı səfirliyi tərəfindən dərc edilib.

Gürcüstan XİN də Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı mətni yayımlayıb.

Fransanın və ABŞ-nin Azərbaycandakı səfirlikləri AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi də baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı mətni dərc edib.

Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 29 nəfər qəzadan sağ çıxıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More