Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriya və Qarabağda Rusiya bayrağının əvəzinə Türkiyə bayrağının dalğalanması ilə bağlı sual verən erməni jurnalistin təxribatına sərt reaksiya verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zaxarova ənənəvi brifinq zamanı danışıb.
“Xatırladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır. Görürəm ki, bununla razılaşırsınız. Mən artıq Ermənistan rəhbərliyinin bu məsələyə, yəni İrəvanın Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanımasına münasibət bildirmişəm”, – Rusiya Federasiyasının nümayəndəsi xatırladıb.