Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra rusiyalı diplomatlar Qazaxıstana yola düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı məlumat verib.
“Rusiya Federasiyasının Astana və Bakıdakı səfirlikləri, Uralskdakı (Qazaxıstan) Baş Konsulluğu Azərbaycan və Qazaxıstanın səlahiyyətli xidmətlərinin nümayəndələri ilə sıx əlaqə saxlayır. Diplomatlarımız məlumatların dəqiqləşdirilməsi və sağ qalan həmvətənlərə yardımın təşkili üçün artıq Aktauya göndəriliblər”, – deyə Zaxarova bildirib.
O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.