ABŞ hakimiyyətinin informasiya müharibəsi aparmaq üçün istifadə etdiyi Dövlət Departamentinin Qlobal Əməkdaşlıq Mərkəzi fəaliyyətini dayandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Məlumata görə, mərkəzin işini maliyyələşdirmək üçün vəsait 2025-ci maliyyə ili üzrə federal büdcəyə daxil edilməli idi, lakin bu bənd sənədin yekun variantında yer almayıb.
Qeyd edək ki, Qlobal Əməkdaşlıq Mərkəzi 2016-cı ildə yaradılıb. Onun illik büdcəsi təxminən 60 milyon dollar idi.