Azərbaycan məscidlərində təyyarə qəzasının qurbanları anıldı

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zamanı həlak olanların xatirəsi bu gün Azərbaycanın bütün məscidlərində, o cümlədən İçərişəhər Cümə məscidində də anılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri hacı Surxay Məmmədli bildirib ki, Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri bizi dərindən sarsıdıb:

“İçərişəhər Cümə məscidi dini icması olaraq QMİ-i sədrinin göstərişinə əsasən təyyarə qəzasında həlak olanların ruhlarına Qurani-Kərimdən ayələr tilavət edildi, onların ruhlarına dualar oxundu. Dini icma olaraq bir daha xalqımıza dərin hüznlə baş sağlığı verir, qəzada yaralananlara Uca Allahdan şəfa diləyirik. Uca Allah xalqımızı bütün bəlalardan qorusun!”



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More