Azərbaycanda bayraqlar yarıya qədər ENDİRİLDİ

Bakı-Qroznı aviareysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.

Oxu.Az xəbər verir ki, matəmlə əlaqədar olaraq, ölkədə bayraqlar yarıya qədər endirilib.

Eyni zamanda, Bakıda Yeni il üçün nəzərdə tutulan şam ağaclarının işıqları söndürülüb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub, 14 nəfər yaralanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More