Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik alan Tərlan Quliyev rayonun Atbulaq kəndi ərazisində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, adıçəkilən şəxsin üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın olan marixuana, heroin və tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.