Fatih Terimin yeni komandası bəlli olub

Türkiyəli təcrübəli çalışdırıcı Fatih Terim Səudiyyə Ərəbistanı Liqasında çıxış edən “Əş-Şəbab” klubunu çalışdıracaq.

Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Əş-Şəbab” klubunun rəsmiləri ilə görüşərək təklifə razılıq verib.

Onun Səudiyyə Ərəbistanı klubu ilə üçillik müqavilə imzalayacağı bildirilib.

Xatırladaq ki, türkiyəli baş məşqçinin adı daha öncə Azərbaycanın “Neftçi” klubu ilə hallanırdı.

Qeyd edək ki, Fatih Terim sonuncu dəfə Yunanıstanın “Panatinaikos” klubunu çalışdırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More