Fransada maşinist intihar etdi: Qatarların hərəkəti dayandırıldı

Fransada maşinistin intiharı səbəbindən Paris-Lion xəttində dəmir yolu hərəkəti iflic olub.

Oxu.Az xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.

Dekabrın 24-ü axşam saatlarında ona yaxın qatarın hərəkətinin dayandırıldığı, sərnişinlərin ən azı altı saat nəqliyyatda qaldıqları bildirilir.

Fransanın milli dəmir yolu şirkəti SNCF təsdiqləyib ki, maşinist qatar hərəkət edərkən intihar edib və buna görə də, sistem qatarı avtomatik dayandırıb.

Bir çox sərnişin Milad gecəsini istədikləri kimi keçirmədiklərinə görə məyus olublar. Fransa telekanalının məlumatına görə, insanlardan qatarlarda içməli suyun olmaması və SNCF-in heç bir məlumat verməməsi ilə bağlı şikayətlər olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More