“İki aya təqaüd vaxtı çatırdı, lakin çıxmaq fikri yox idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi”.
Oxu.Az xəbər verir ki, bu sözləri AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan pilot İqor Kşnyakinin dostu Nicat Baqiyev deyib.
O bildirib ki, pilotun nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur:
“Hadisədən bir gün öncə danışdıq. Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Son anda 30-a yaxın insanı xilas etdi”.
Məhərrəm Əliyev