Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri İsrailin Təl-Əviv və Aşkelon şəhərlərinə pilotsuz təyyarələrlə hücum edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sari husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.
Sarinin sözlərinə görə, hər iki pilotsuz təyyarə onların hücum etdikləri İsrail hədəflərini vurub.