Kişi ona çay süzməyən arvadını döydü

Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Qabil Həsrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İttihama görə, hadisə 23 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, Qabil Həsrətov evdə arvadı, zərərçəkmiş Səbinə Həsrətova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının ərinə çay süzməməsi olub. Bu zaman Qabil sağ əli ilə iki dəfə Səbinənin sol gözünün alt nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq, ona sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More