Kolumbiyada güclü zəlzələ baş verdi

Kolumbiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat verib.

Bakı vaxtı ilə saat 04:53-də qeydə alınan zəlzələnin episentri Kaukasiya şəhərindən 76 km cənubda və 70 km dərinlikdə yerləşib.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “güclü” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5 bal olaraq qiymətləndirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More