“Napoli” gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın maaşını üç dəfədən çox artıracaq.
Oxu.Az xəbər verir ki, neapollular Kvaratsxeliyaya illik 6 milyon avro maaşla sözləşmə təklif ediblər. Bu məbləğ oyunçunun hazırkı məvacibindən 3 dəfə çoxdur.
Tərəflər hazırda təzminat məbləğinin müzakirəsini davam edirlər. Klub 100 milyon avro məbləğində israr edir. Xviçanın agenti isə bu məbləği azaltmağa çalışır.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm 23 yaşlı gürcü bütün yarışlarda 18 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.