Milli Basketbol Assosiasiyasında (NBA) 63 ildən sonra ilk yaşanıb.
Oxu.Az “ESPN”ə istinadən xəbər verir ki, son 63 ildə ilk dəfə Milad bayramı günündə keçirilən oyunda rəqib komandaların hər birinin tərkibində yer alan oyunçu 40 və ya daha çox xal toplayıb.
Bu, dekabrın 25-də “Nyu-York” və “San-Antonio” komandaları arasında keçirilən matçda reallaşıb. Görüşün ən məhsuldar oyunçusu “San-Antonio”dan Viktor Vembanyama olub. O, 42 xal toplayıb və 18 ribaund edib. Ev sahibi komandadan isə ən çox xalı Mikal Bricez toplayıb – 41.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 117:114 hesablı qələbəsi ilə başa çatıb.