“Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi” – Hadisə vaxtı nələr oldu?

Təyyarə qəzasından sağ çıxanlar arasında Balakənin Qullar kəndindən olan Devrişovlar da var.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, kənd sakini Tofiq Devrişov reanimasiyadadır. Onun oğlu Samir Devrişovun vəziyyəti isə yaxşıdır.

T.Devrişovun həyat yoldaşının sözlərinə görə, əri və oğlu Qroznıda yaşayan digər oğlunun yanına Yeni il bayramını keçirmək üçün gedirmişlər.

“Qardaşım Qroznıya gedəndə yazmışdı ki, yerə enirik. Sonra Qroznıda yaşayan qardaşım ağlaya-ağlaya səs atdı ki, qəza baş verib. Üstündən iki saat keçəndən sonra qəzaya uğrayan təyyarədəki qardaşımla əlaqə saxlaya bildilər. O, yaxşı olduğunu dedi”, – Tofiq Devrişovun qızı Günay Hüseynova söyləyib.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.

Ətraflı süjetdə:

“Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi” – Hadisə vaxtı nələr oldu?







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More