Qəhvənin yuxuya mənfi təsiri: Gecə, ya gündüz içmək lazımdır?

Qəhvədən istifadə, hətta yatmazdan əvvəl içilsə belə, yuxunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Oxu.Az-ın “People” nəşrinə istinadən xəbərinə görə, bu barədə avstraliyalı terapevt Karissa Qardiner açıqlama verib.

Qardiner aşkar edib ki, yatmazdan dörd saat əvvəl içilən 100 mq kofein yuxuya zərər vermir, ancaq 400 mq miqdarında qəhvə hətta yatmazdan 12 saat əvvəl içilibsə belə, yuxunu poza bilər. Terapevt belə qənaətə gəlib ki, bu qədər uzun müddət səbəbindən qəhvə sevənlər kofeinin onların yuxusuna təsirini dəqiq başa düşməkdə çətinlik çəkə bilərlər.

“Avstraliya əhalisinin təxminən 80%-i kofein istehlak edir və bu vərdiş yüksək səviyyədə yuxu çatışmazlığına səbəb ola bilər. Kofeinin dozasının və onun qəbul vaxtının yuxuya necə təsir etdiyi ilə bağlı məlumatlı olmaq onun yuxuya mənfi təsirini minimuma endirmək üçün praktiki tövsiyələr hazırlamağa kömək edə bilər”, – deyə Qardiner qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More