Qazaxıstan rəsmisi: “Sabah “Embraer” şirkəti nümayəndələrinin Aktauya gəlişi gözlənilir”

“Sabah “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir”.

Oxu.Az “Tengrinews”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini, Aktauda baş vermiş təyyarə qəzasını araşdıracaq komissiyanın rəhbəri Kanat Bozumbayev brifinqdə bildirib.

“Onlar əsasnaməyə uyğun olaraq bizim Nəqliyyat Nazirliyi rəhbərinin başçılıq etdiyi qəza araşdırma komissiyasına daxil olacaqlar. Paralel olaraq polis və prokurorluq məhkəmə-tibbi ekspertizalar aparır. Ona görə də hazırda nədənsə danışmaq tezdir”, – baş nazirin müavini əlavə edib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More