Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi, 14 ünvanında yerləşən binasında xatirə kitabı açılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.