Rusiyada 20 il əvvəl öldürülən jurnalistin sümüklərinin qalıqları tapıldı

Rusiyanın Sankt-Peterburq vilayətində 20 il əvvəl (2004-cü ildə) öldürülən jurnalist Maksim Maksimovun sümüklərinin qalıqları aşkar edilib.

Oxu.Az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, keçmiş polis zabiti Mixail Smirnov qətli etiraf edib.

“İstintaq zamanı keçmiş polis əməkdaşı Mixail Smirnov başqa bir şəxslə birgə jurnalistin öldürülməsinin səbəbləri ilə bağlı ifadə verib. Bu cinayətin səbəbi hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz hərəkətləri faktlarının işıqlandırılmasında jurnalistin peşəkar fəaliyyəti olub”, – bəyanatda bildirilir.

Qeyd olunub ki, daxil olan məlumatı yoxlamaq üçün müstəntiqlər Smirnovun ifadəsinə görə öldürülən şəxsin cəsədinin basdırıldığı Beloostrov kəndində lazımi tədbirlər təşkil ediblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More