Şahmat üzrə dünya çempionatına start veriləcək

Bu gün Nyu-Yorkda rapid və blits üzrə dünya çempionatı başlayır.

Oxu.Az xəbər verir ki, turnir yüzə yaxın şahmatçını bir araya gətirib.

Kişilərin yarışında 180, qadınların yarışında isə 109 nəfər mübarizə aparacaq. Onların arasında Azərbaycanın 15 nümayəndəsi olacaq. ABŞ-də Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Vasif Durarbəyli, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Riad Səmədov, Vüqar Manafov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova çıxış edəcəklər.

Dünya çempionatının ilk günündə iştirakçılar rapiddə 6 tur keçirəcəklər. Təqvimə əsasən, rapid yarışı dekabrın 26-28-də olacaq, sonra şahmatçılar istirahət edəcəklər, dekabrın 30-31-də isə iştirakçılar blitsdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 1.5 milyon dollar təşkil edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More