Təyyarə qəzasına düşən Rəşad Əhmədov Qroznıya müqavilə bağlamağa gedirmiş

Baku TV Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarədə olan sərnişinlərdən biri – 47 yaşlı Rəşad Əhmədovun evində olub.

Onun həyat yoldaşının sözlərinə görə, Rəşad Əhmədov Bakıda balıqçılıqla məşğul olurmuş və Qroznıya da bu işi davam etdirmək üçün müqavilə bağlamağa gedirmiş.

Qardaşı İmran Əhmədov isə onunla son telefon danışığını xatırlayıb:

“Gecə zəng etdi ki, məni hava limanına apararsan? Sonra da dedi ki, özüm maşınla gedərəm, onsuz da gecə qayıdacağam. Təyyarədə olanda danışmadıq”.

Təyyarə qəzasına düşən Rəşad Əhmədov Qroznıya müqavilə bağlamağa gedirmiş







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More