Təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat, xəsarət alanlara 20 min manat ödəniləcək

AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəniləcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarında deyilir.

Qərara əsasən, dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More