Təyyarə qəzasında həyatını itirən bacı-qardaşın evindən VİDEOREPORTAJ

Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km aralıda qəzaya uğrayıb. Qəzada iki Qusar sakininin də öldüyü məlum olub.

Oxu.Az xəbər verir ki, Bizim.media-nın əməkdaşı rayonun Suduroba kənd sakinləri, bacı-qardaş, 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin yaşadığı evdə olub.

Qəzada həyatını itirən bacı-qardaş kənddə tək yaşayırlarmış. Onların valideynləri illər əvvəl dünyalarını dəyişib.

Qeyd edək ki, Qusar rayon Suduroba kənd icra nümayəndəsi Ənvər Balabəyov bacı-qardaşın ölümü barədə məlumatı qəzada həyatını itirənlərin siyahısından öyrənib.

Ətraflı videosüjetdə:



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More