“Ural Airlines” şirkətin bort bələdçisi Ramin Ağayevin həlak olduğunu təsdiqlədi

Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsində sərnişin kimi uçan Ural Hava Yollarının (“Ural Airlines”) bort bələdçisi Ramin Ağayev həlak olanların arasındadır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyaya məxsus aviaşirkətdən xəbər verilib.

Bundan əvvəl Ramin Ağayevin AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçduğu təsdiqlənmişdi, lakin o, sağ qalanlar arasında idi.

Aviaşirkət onun yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan AZAL-ın “Embraer” sərnişin təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More