2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib

2024-cü ildə İranda 900-ə yaxın insan edam edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) hesabatına istinadən məlumat verib.

Bildirilir ki, bu il ölkə zindanlarında ən azı 883 nəfər dar ağacından asılıb. Edam edilənlərdən 26 nəfəri qadın, beş nəfər isə 18 yaşdan kiçik olub. Onlardan 51,87%-i narkotik qaçaqmalçılığında, 40,54%-i qətldə, iki faizi cinsi zorakılıqda, digərləri isə silahlı soyğunda günahlandırılıb.

Qeyd olunub ki, ölüm hökmünün icrasına görə həbsxanalar arasında Kərəcin Qızılhisar və Şirazın Adilabad zindanları ilk sıradadır.

Xatırladaq ki, Beynəlxalq Əfv Təşkilatı 2023-cü ildə dünya üzrə edamların 74%-nə İranın cavabdeh olduğunu vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More