ABŞ “Gürcü arzusu”nun yaradıcısına qarşı sanksiyalar tətbiq edib

ABŞ “Gürcü arzusu”nun lideri, iş adamı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin saytında məlumat verilib.

O, Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) SDN siyahısına yerləşdirilib.

Qeyd edək ki, dekabrın 13-də Vaşinqton Gürcüstanda demokratiyanı sarsıtmaqda məsuliyyət daşıyanlara qarşı viza məhdudiyyətləri tətbiq edib. Siyahıya 20 nəfər daxil olub, onların adları çəkilməyib. Vaşinqton qeyd edib ki, Tbilisi nümayəndələrinə qarşı başqa məhdudiyyətlər də tətbiq olunacaq.

Ukrayna da, həmçinin etirazları dağıtdığına görə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlərə, o cümlədən, İvanişvili və ölkənin Baş naziri İrakli Kobaxidze də daxildir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More