ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırıb

Ukrayna ABŞ və Dünya Bankından “PEACE in Ukraine” investisiya layihəsi çərçivəsində 485 milyon dollar alıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında bildirib.

“Bu məbləğin 465 milyon dollarını Birləşmiş Ştatlar USAID vasitəsilə ayırıb. Daha 20 milyon dollar isə Dünya Bankından daxil olub”, – baş nazir qeyd edib.

Qeyd olunur ki, ayrılmış vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More