Aktau faciəsi: Kapitan Kalyaninovun xatirəsi ehtiramla yad olunur

Bakı-Qroznı aviareysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində həlak olan təyyarə kapitanı Aleksandr Kalyaninovun xatirəsi ehtiramla yad olunur.

Oxu.Az xəbər verir ki, böyük qəhrəmanlıq göstərərək çoxsaylı insan itkisinin qarşısını alan pilotun yaxınları, qonşuları və sakinlər onun Bakıda yaşadığı mənzilin qarşısına toplaşıblar.

Onlar Aleksandr Kalyaninovun fotoşəkilinin önünə gül dəstələri düzür, xatirəsinə ehtiram nümayiş etdirirlər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Daha çox foto burada: PhotoStock.az



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More