Almaniya prezidenti Bundestaqı buraxdı

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bundestaqda Kansler Olaf Şoltsa qarşı etimadsızlıq səsverməsindən sonra parlamenti buraxmaq qərarına gəlib və növbədənkənar seçkini 23 fevral 2025-ci il tarixinə təyin edib.

Oxu.Az-ın “Bild” nəşrinə istinadən xəbərinə görə, bu barədə o, Berlində keçirilən mətbuat konfransında çıxışında deyib.

“Bu gün mən 20-ci çağırış Bundestaqı buraxmaq və gələn il fevralın 23-nə yeni seçki təyin etmək qərarına gəldim”, – deyə Ştaynmayer bildirib.

O qeyd edib ki, qərar qəbul etməzdən əvvəl Bundestaqda təmsil olunan bütün partiyaların fraksiya liderləri ilə məsləhətləşib və belə nəticəyə gəlib ki, nə indiki, nə də yeni hökumət heç bir tərkibdə indiki parlamentdə səs çoxluğu əldə etməyəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More