Aviaqəzada yaralananın yaxını: “Sağ olduğunu bu gün bildik, vəziyyəti yaxşıdır”

“Sağ olduğunu bu gün bildik, vəziyyəti yaxşıdır”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhərinin yaxınlığında baş vermiş təyyarə qəzasında yaralanan Heydər Qədirovun qohumu Bəylər Gözəlov bildirib.

O, yeznəsinin vəziyyətinin yaxşı olduğunu açıqlayıb:

“Qəza baş verdiyi gün hadisədən xəbərimiz oldu. Bu gün isə bildik ki, sağdır. Bu gün ölkəyə gətirilib, xəstəxanaya yerləşdirilib. Görüşəcəyik. Vəziyyəti yaxşıdır”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More