Aygün Attar: “Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır”

“Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğradığı gün Çeçenistan Təhlükəsizlik Şurasının katibi Hamzat Kadırovun makafatlandırılması vicdansızlıqdır”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri Aygün Attar “Haber Global”ın efirində deyib.

Attar təyyarənin məqsədli şəkildə vurulmasını istisna etmədiyini bildirib.

Onun sözlərinə görə, təyyarənin dənizə düşməsi hadisəni törədənlər üçün ən arzuolunan versiya ola bilərdi.

“Çünki izlər itiriləcəkdi. Amma faktlar göstərir ki, təyyarə raketlə vurulub, quş dəstəsi ilə toqquşmayıb”, – Attar bildirib.

Ekspert qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi məhz Azərbaycandır:

“Belə olan halda Rusiya heç nədən yayınmadan, konkret şəkildə məsuliyyəti üzərinə götürməli və üzr istəməlidir. Azərbaycanın gözləntisi budur”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda, Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Aygün Attar: “Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır”





Aygün Attar: “Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır”







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More